azia.az
azia.az

Rayon başçısı məşuqəsini boğub öldürdü

1-06-2019, 08:03

Rayon başçısı məşuqəsini boğub öldürdü
Moskva vilayətinin Ramenskoye rayonunun başçısı Andrey Kulakov məşuqəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.azia.az “112” telegram-kanalına istinadən xəbər verir ki, Yelena İsayeva Ramenskoye rayonunun İctimai Palatasının sədr müavini vəzifəsində çalışıb. Qadın mayın 1-dən 2-nə keçən gecə itkin düşüb. Mayın 3-də onun cəsədini “Mercedes ML” avtomobilinin salonunda tapıblar. İsayeva boğularaq öldürülüb.DNT ekspertizası avtomobildə və meyitin üzərində Kulakovun izlərini aşkarlayıb. Mənbə qeyd edir ki, qətldən az öncə Kulakovun həyat yoldaşı onun məşuqəsinin olduğunu öyrənib və ərinə təzyiq edib. Rayon başçısı seçimini edib.Bu gün Kulakov “yalan detektoru”ndan keçirilib və təqsirli olması sübuta yetirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi