Azərbaycan Ordusunun QƏFİL HÜCUMU və... - Düşməni diz çökdürəcək HƏMLƏNİN İNANILMAZ DETALLARI
Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş oldu. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak etdilər.
Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil. Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.