Neft şirkətinin top-menecerini striptiz-klubda soydular
Rusiyanın “TNK-BP” neft şirkətinin top-meneceri Elvardi Stafilov qarət olunub.
Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, iş adamını Moskvadakı “Klubnika” striptiz-klubunda soyublar.
Naməlum şəxs Stafilovun cibindən “iPhone X” telefonunu oğurlayıb, daha sonra telefonla mobil banka daxil olaraq, onun hesabından 810 min rubl çıxarıb.