azia.az
azia.az

Sayt rəhbərləri, QHT nümayəndələri və ictimai fəallar İlham Əliyevə müraciət etdi

20-12-2022, 09:49


36 NƏFƏR PREZİDENTƏ MÜRACİƏT ETDİ. Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,

Surəti KİV-nə,

Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan nəşriyyatında” fəaliyyət göstərən bir sıra media rəhbərləri, QHT nümayəndələri və ictiami fəallar tərəfindən.

Təşkilatçı: Subut Mehtiyev, QHT nümayəndəsi. Tel: 070-209-04-30

Müraciət

Hörmətli cənab Prezident!

   Bir daha xatırlatmaq istəyirik ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Ermənipərəst “Rusiya sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin “sülhməramlıların” ermənipərəstliyi ucbatından monitorinq baş tutmayıb. Buna görə də Şuşa ərazisində ermənipərəst “Rusiya sülhməramlılarının” nəzarətində olan yolun bir hissəsində azərbaycanlı ictimai fəalların və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə  etiraz aksiyası keçirilir. Bildiririk ki, Ermənipərəst “Rusiya sülhməramlılarının” müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bir neçə gündür davam edir.Əminik ki, aksiya bizim istəklərimizin yerinə yetirilməsi ilə nəticələnəcək. 

   Sizdən xahiş edirik, aşağıda imza edən 34 nəfərdən ibarət sayt rəhbərlərinin, QHT nümayəndələrinin, ictimai fəalların etiraz aksiyalarına qoşulmalarına   şərait yaradılmasına icazə verəsiniz. Tələblərimiz yerinə yetirilənə qədər aksiyaları davam etdirməyi özümüzə borc bilirik. 

Hörmətli Media rəhbərləri bizim müraciətimizin mənsub olduğunuz mediada yayımlanmasına köməklik etməyinizi xahiş edirik.

 Müraciət edənlərin sayı çoxdur.

  1. Əli Rza Xələfli, “Kredo ” qəzetinin baş  redaktoru
  2. Sabir Hüseynov, “Kənd Həyatı” qəzetinin baş redaktoru
  3. Kamal Mirzə, “Qerar.az” saytının baş redaktoru
  4. Habil Tağıyev, “Dəryaz” qəzetinin baş redaktoru
  5. Subut Mehdiyev, QHT nümayəndəsi
  6. Arif  Musa,   “Söz” qəzetinin baş redaktoru
  7. Səadət Abbasova, “Azad Təfəkkür” qəzetinin redaktoru
  8. Pərvin Yaqubova, ictiamai fəal
  9. Şamo Nərimanoğlu, “Açıq səma” qəzetinin baş redaktoru
  10. Vasif Paşayev, “Adekvat.az” saytının baş redaktoru
  11. Aybəniz Rüstəmova, “LTV.info” saytının baş redaktoru
  12. Mehman Mehdiyev, “Səda tv”nin rəhbəri
  13. Şükür Həsənov, “Günün xəbərləri” qəzetinin baş redaktoru
  14. Azər Məmmədov, “Azərbaycan Gəncliyi” qəzetinin baş redaktoru
  15. Cənnət Cənnətov, “Həqiqətin carçısı” qəzetinin baş redaktoru
  16. Həsən Novruzov, “Zamanın sınağında” qəzetinin baş redaktoru
  17. İradə Qaracayeva, “Bizim lider” qəzetinin baş redaktoru
  18. Həzi Hacıyev, “Ziyalı” jurnalının baş redaktoru
  19. İsgəndərova Ayla, ictimai fəal
  20. Gülnar Mehdiyeva,  ictimai fəal
  21. Xuraman Quliyeva, “Korrupsiya və qanun” qəzetinin baş redaktoru
  22. Əlişah Nağıyev, “Şirvanın səsi” qəzetinin baş redaktoru
  23. Ramiz Hümmətov, “Müasir Azərbaycan Həqiqətləri” qəzetinin baş redaktoru
  24. Elman Qənbərov, “Dosye Org” saytının baş redaktoru
  25. Rüstəm Hacıyev, “ Ədalət ” qəzetinin şöbə müdiri
  26. Halil Kan, “Son Dakika” MMC-nin təsisçisi 
  27. Arzu Zeynallı, “Baku News tv”nin redaktoru
  28. Tahirə Qafarlı, “Versus.az” MMC-jurnalis
  29. İlqar Salmanov, “Yenixeber.org” saytının rəhbəri
  30. Nizami Mirzəyev, “Təhsil ” jurnalının baş redaktoru
  31. Arzuman Loğmanoğlu, “Yeni sözçü” qəzetinin baş redaktoru
  32. Şəmsiyə Kərimova, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru
  33. Səhər Manafova, ictimai fəal
  34. Arifə Əhmədli Abbasəli qızı, ictimai fəal, siyasi elmlər namizadi
  35. Cəfər Cəfərov, “Asiya.az” saytının rəhbəri
  36. Aygün Həsənova, “Tərəqqi.az” saytının baş redaktor 
  37. Faiq Balabəyli, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, Müstəqil.Az saytının baş redaktoru





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi