Baş redaktorun avtomobilindən oğurluq olub-MASALLIDA
Bu gün Masallı rayonundakı "İsti su" sanatoriyasında kriminal olay baş verib. Olayda zərərçəkən isə "Mediatv.az" saytının baş redaktoru, tanınmış jurnalist Əfqan Bəhluloğludur. Belə ki, sosial şəbəkələrdəki məlumata görə bu gün günorta saatlarında baş redaktora məxsus avtomobilin arxa şüşəsi sındırılaraq oğurluq edilib. Avtomobildən 15 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığı bildirilir. Baş redaktorun Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciəti cavabsız qalmayıb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırma başlayıb.
Yenixeber.org- daxil olan məlumata görə olayda diqqət çəkən faktor isə 30-a yaxın avtomobilin sıralandığı parkda (Daha da yüksək qiymətli avtomobillər olub.) baş redaktorun avtomobilinin seçilməsidir. İlkin ehtimallara görə olay Əfqan Bəhluloğlunun peşə fəliyyəti ilə də bağlı ola bilər. Son günlər Mediatv.az saytında Masallı rayonu ilə bağlı yer alan yazılar bu ehtimalı stimullaşdırır. Gecə saatları olduğundan olayla bağlı müvafiq tərəflərdən məlumat ala bilmədik.