azia.az
azia.az

Vaşinqtonda 76 metrlik tağda dronlar və snayperlər yerləşdiriləcək - FOTO

Bu gün, 01:30

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan zəfər tağının müasir hərbi kompleksə çevrilməsinə razılıq verib.

Xəbər verilir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

"Mən möhtəşəm zəfər tağının çoxlu sayda dron və snayperin yerləşdirilməsi, saxlanılması və operativ istifadəsi, habelə böyük həcmdə snayper sursatının saxlanılması üçün nəzərdə tutulmuş yüksək səviyyəli hərbi kompleksə çevrilməsinə razılıq verdim", - deyə Tramp qeyd edib.

Tramp vurğulayıb ki, bu qərarı "ABŞ Silahlı Qüvvələrinin xahişi ilə və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə" qəbul edib və planlaşdırılan tikilini "dünyanın ən möhtəşəm tağı" adlandırıb.

Daha əvvəl ABŞ administrasiyası Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda, Arlinqton Milli Qəbiristanlığının yaxınlığında 76 metr hündürlüyündə zəfər tağının ucaldılması planlarını açıqlamışdı.(oxu.az)

Vaşinqtonda 76 metrlik tağda dronlar və snayperlər yerləşdiriləcək - Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi