İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib - FOTO
Hazırda İranın bir neçə həbsxanasında saxlanılan səkkiz siyasi məhbus qadın barəsində edam hökmü çıxarılıb.
AZXEBER.COM bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Ərğəvan Fəllahi, Rəxşan Əzizi, Zəhra Şahbaz Təbəri, Məryəm Hodavənd, Məhnaz Çardoli, Leyla Əbülhəsəni, Təranə Rəhimi və Sevda (Mərziyə) İbrahimi Şəmsabadi "müharibə", "fitnə yaymaq" və "silahlı üsyan"da ittiham olunublar.
