azia.az
azia.az

Pezeşkianın çıxışı zamanı kameralar ona çevrildi: sammitdə maraqlı anlar – VİDEO

Bu gün, 12:14

İran Prezidenti Məsud Pezeşkianın BRICS sammitində çıxışı zamanı maraqlı anlar yaşanıb.

 

Pezeşkian çıxış etdiyi vaxt onun arxasında əyləşən Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Kaisvalın çərəz yeməsi diqqət çəkib.

 

Onun fasilələrlə yediyi, ara-sıra barmaqlarını yalaması və eyni əli ilə yenidən qutudan çərəzlər alması maraq doğurub.

 

Bu zaman yanında oturan şəxs qutunu götürərək onun qarşısından uzaqlaşdırıb.

 

Sözügedən görüntülər sosial şəbəkələrdə qısa müddətdə yayılaraq viral olub.

 

Qeyd edək ki, BRICS sammitində çıxış edən Məsud Pezeşkian “yerli valyutalarla ticarət” məsələsinə də toxunub. O bildirib ki, məhdud ticarət sistemlərindən həddindən artıq asılılıq ölkələrin iqtisadiyyatını qəfil siyasi dəyişikliklər qarşısında həssas vəziyyətə salır.

 

Pezeşkian BRICS ölkələrinin yerli valyutalarla ticarəti inkişaf etdirməsinin üzv dövlətlər üçün iqtisadi dayanıqlılığı gücləndirəcəyini vurğulayıb.( Globalinfo)

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi