Yunanıstan Ukraynadan Rusiya limanlarında yerləşən yunan tankerlərinə hücumları dayandırmağı tələb edib. Bu şərtin əvəzində Afinanın "Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verməyə hazır olduğu bildirilir.
Bu barədə Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko məlumat verib.
Onun sözlərinə görə, Kiyev bu şərti qəbul etmək niyyətində deyil.
"Bizə şərt qoyulmayacaq. Ya onları verirsiniz, ya da utilizasiya edin, ehtiyat hissələrinə ayırın, onlardan kulon düzəldib boynunuzdan asın”, – Qorbenko bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti dəfələrlə "Patriot” sistemləri üçün raket çatışmazlığı olduğunu açıqlayıb və Qərb ölkələrindən əlavə hava hücumundan müdafiə vasitələri və onlar üçün sursatların tədarükünü istəyib.
///modern.az///