azia.az
azia.az

İranda jurnalistlərə ŞOK QADAĞA - Qanunu pozanları NƏ GÖZLƏYİR...

Bu gün, 20:58

İran Parlamenti xarici KİV və təşkilatlarla əlaqələrə görə cəzaları daha da sərtləşdirən qanun layihəsini təsdiqləyib.

Xəbər verilir ki, yeni sənədə əsasən, ABŞ və İsrail KİV-ləri, eləcə də ABŞ və İsrail tərəfindən maliyyələşdirilən nəşrlərlə müsahibə və müzakirələr aparmaq qadağan edilir.

Qanunu pozanlara 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsində həmçinin digər xarici KİV-lərlə müsahibə barədə hakimiyyətə mütləq bildiriş vermək, xarici səfirliklər və təşkilatlarla əlaqələri məhdudlaşdırmaq, xaricilərə məlumat ötürmək və xarici qurumlarla elmi əməkdaşlıq aparmaq üçün qadağalar yer alır.

Bundan başqa, xarici dövlətlərin tapşırığı ilə törədilən iqtisadi cinayətlərə görə cəzalar sərtləşdirilir. Xarici kəşfiyyat xidmətlərinin tapşırığı ilə hazırlanmış və İranın təhlükəsizliyinə və ya müstəqilliyinə zərər vurduğu hesab edilən siyasi və qanunvericilik təkliflərinə görə 30 ilədək həbs cəzası verilə bilər.

Bu cür işlərə İranın İnqilab Məhkəmələri baxacaq.

Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün hələ İranın Konstitusiya Nəzarəti Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi