azia.az
azia.az

55 yaşında hamilə qalan tanınmış əkizlərini itirdi

Bu gün, 14:00

Tanınmış astroloq Nuray Sayarı əkiz körpələrini itirib. 55 yaşlı astroloq bu barədə sosial media hesabında məlumat yayıb. O, paylaşımında taleyi ilə barışdığını ifadə edib.

Nuray Sayarı ötən il ikinci dəfə ailə həyatı qurmuşdu. O, 15 avqust 2025-ci ildə Ahmet Destan ilə evlənmişdi. Astroloqun toyu və gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

Məşhur astroloq dəbdəbəli toyun ardınca hamilə olduğunu açıqlamışdı. O, əkiz körpə gözlədiyini xəbər vermişdi. Nuray Sayarı həmin vaxt sevincli xəbəri Allaha şükür edərək paylaşmışdı. Lakin tanınmış astroloqun arzusu yarımçıq qalıb.

İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi