Pezeşkian Pakistana getdi
İran Prezidenti Məsud Pezeşkian Pakistan rəsmiləri ilə görüşlər keçirmək məqsədilə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi İslamabada yola düşüb.
Azia.az Modern.az-a istinadən xəbər verir ki, Pezeşkian son müharibədə həlak olanların, xüsusilə də ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilən Minab məktəbinin 168 şagirdinin xatirəsini anmaq məqsədilə “Minab-168” adlandırılan xüsusi təyyarə ilə Pakistana uçub.
Səfər çərçivəsində İran prezidenti Pakistan rəhbərliyi ilə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.
Pezeşkian bildirib ki, hökumətin əsas məqsədi İran xalqının hüquqlarını müdafiə etmək və regionda sülh və təhlükəsizliyi gücləndirməkdir.
Prezident qeyd edib ki, bu səfər Pakistanın Baş nazirinin dəvəti ilə həyata keçirilir və İranla ABŞ arasında memorandumun hazırlanması prosesində Pakistan rəhbərliyinin mühüm rolu olub. O, Pakistanın Baş naziri, ordu komandanı Asim Munir və daxili işlər naziri Mohsin Naqvinin səylərini xüsusi vurğulayıb.