azia.az
azia.az

ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını İSTƏYİR

Bu gün, 10:08

ABŞ administrasiyası İrandan Livanın şiə hərəkatı olan “Hizbullah”a təsir göstərərək İsrailə qarşı hücumları dayandırmasını tələb edir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CBS telekanalına müsahibəsində deyib.

Uolts bildirib ki, Vaşinqton hesab edir ki, İran “Hizbullah”ın İsrailə hücumlarını dayandırmasını təmin etməsə, bu, ABŞ və İran arasında əldə olunmuş razılaşmaların pozulması kimi qiymətləndiriləcək.

“Əsas məsələ ondan ibarətdir ki, bizim hərbi variant da daxil olmaqla bütün digər variantlarımız mövcuddur”, – deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi