POLŞA PREZİDENTİ:"Zelenskini buna görə "Ağ Qartal" ordenindən məhrum etdim".
"Ukrayna Prezidenti Volodimir Zelenskin "Ukrayna Üsyançı Ordusunun (UÜO) Qəhrəmanları" fəxri adının verilməsini təsdiqləməklə bizim "qırmızı xəttimiz"i keçdi. Buna görə də, mən onu "Ağ Qartal" ordenindən məhrum etdim".
Teleqraf xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski bildirib.
Sileziya üsyanı günü münasibətilə keçirilən tədbirdə çıxış edən Navrotski vurğulayıb ki, polyaklar müharibənin, müstəqillik uğrunda mübarizənin və Rusiya təhlükəsinin nə olduğunu yaxşı başa düşürlər, lakin Polşa üçün "ağrılı məsələlər" var. Bu hədd artıq aşılıb. Buna görə də mən Prezident Zelenskini "Ağ Qartal" ordenindən məhrum etdim".
"Ağ Qartal" ordeni Zelenskiyə 2023-cü ilin aprel ayında Polşa-Ukrayna münasibətlərinin inkişafına, təhlükəsizlik sektorunda əməkdaşlığa və demokratik dəyərlərin qorunmasına verdiyi töhfəyə görə o vaxtkı Polşa Prezidenti Andjey Duda tərəfindən təqdim edilib.
Varşavanın qərarı Kiyevdə kəskin reaksiyaya səbəb olub. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bunu Rusiyaya fayda verən "strateji səhv" adlandırıb və 2022-ci ildə aldığı Polşa dövlət mükafatının geri qaytarılacağını açıqlayıb. Polşa mükafatlarının qaytarılması niyyətini Ukrayna prezident administrasiyasının rəhbəri Kirill Budanov və Ukraynanın Polşadakı səfiri Vasili Bodnar da açıqlayıblar.
Polşanın Baş naziri Donald Tusk vəziyyətə münasibət bildirərkən qeyd edib ki, Polşa ilə Ukrayna arasındakı münaqişə Rusiya Prezidenti Vladimir Putin üçün faydalıdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.