azia.az
azia.az

Tramp və Meloni arasında foto “müharibəsi” - VİDEO

Bu gün, 10:30

ABŞ Prezidenti Trampın İtaliya Baş naziri Meloninin "mənimlə şəkil çəkdirməsini xahiş etdiyini, ona yazığım gəldiyini" deməsi diplomatik böhrana səbəb olub.

Xəbər verilir ki, ABŞ Prezidenti Donald Trampın İtaliyanın “La7” telekabnalına müsahibəsində İtaliyanın Baş naziri Corcia Meloniyə qarşı sərt sözləri Romada kəskin etiraza səbəb olub.

Tramp deyib ki, Meloni mənim şəkil çəkdirməyimi xahiş etdi. “O qədər çox istədi ki, mən də ona yazığım gəldi və şəkil çəkdirdim. Onunla danışdığım üçün yəqin ki, çox sevinir, çünki onunla danışmaq məcburiyyətində deyildim”, -Tramp bildirib.

Baş nazir Meloni Trampın bundan öncə buna oxşar açıqlamaları ilə bağlı o dövrdə susmuşdu, amma bu dəfə sərt cavab verib. Meloni sosial media hesabında verdiyi açıqlamada iddiaları qəti şəkildə təkzib edərək deyib:

"Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, təəccüblənirəm. Nə mən, nə də İtaliya heç vaxt yalvarmaz. ABŞ prezidentinin müttəfiqlərinə qarşı niyə bu cür davrandığını başa düşmürəm. Onun Qərbin düşmənlərinə qarşı eyni qətiyyəti göstərməməsi həqiqətən də təəssüf doğurur".

Trampın açıqlamalarından sonra İtaliya hökuməti buna kəskin reaksiya verib.
Hətta vəziyyət o həddə çatıb ki, İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani gələn həftənin əvvəlində Mayamiyə planlaşdırılan səfərinin ləğv  edib.

"Prezident Trampın Baş nazir Çorcia Meloniyə ünvanladığı ciddi və təhqiramiz ifadələr bütün İtaliyaya qarşı təhqirdir. Buna görə də, 21 və 22 iyun tarixlərində ABŞ-a səfərimi ləğv etmək qərarına gəldim",- italiyalı nazir qeyd edib.

İtaliya prezidenti Sercio Mattarellanın da Baş nazir Meloniyə zəng edərək həmrəylik mesajını bildirib.

Həm hakim partiya, həm də müxalifət Meloni ətrafında birləşib.




Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi