azia.az
azia.az

İrana hücumlar BAŞA ÇATDI

Bu gün, 09:24

“ABŞ ordusu Prezident Donald Trampın göstərişi ilə İrandakı birdən çox hədəfə növbəti hücum mərhələsini başa çatdırıb”.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Cebheinfo.az" xatırladır ki, hərbi əməliyyatın başladığı xəbəri gecə saatlarında açıqlanmışdı.

İran buna qarşılıq olaraq Hörmüz boğazını bütün gəmilər üçün bağlı elan edib. Ardınca SEPAH boğazdan qanunsuz keçməyə çalışdığı iddiası ilə iki gəmini vurduğunu açıqlayıb.

Gəmilərin hansı ölkələrin bayrağı altında üzdüyü məlum deyil.

ABŞ İranda hansı obyektlərə zərbə endirildiyini hələlik açıqlamayıb. Bir sıra İran şəhərlərində partlayış səsləri eşidildiyinə dair xəbərlər olsa da, dağıntı və tələfat barədə rəsmi məlumat hələlik yoxdur.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi