azia.az
azia.az

Rusiya ABŞ-nin nüvə silahının Avropadan çıxarılmasını tələb edir

Bu gün, 09:04

Rusiya ABŞ-yə məxsus nüvə silahının Avropadan çıxarılmasında və onun yerləşdirilməsi üçün yaradılmış bütün infrastrukturun ləğv edilməsində israr edir".

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.

Diplomat qeyd edib ki, Rusiya ərazisində yerləşən mühüm mülki və hərbi infrastruktur obyektlərinin vurulması imkanları nəzərə alındıqda, Avropada yerləşdirilmiş ABŞ nüvə silahı mahiyyət etibarilə strateji xarakter daşıyır.

"Buna görə də biz onun Avropadan çıxarılmasında, ABŞ-yə qaytarılmasında və Avropa ərazisində həmin silahın yerləşdirilməsi üçün yaradılmış bütün infrastrukturun sökülməsində israr edirik", - deyə Belousov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi