azia.az
azia.az

Moskva-Simferopol qatarına DRON hücuu - Ölən və yaralanan var

Bu gün, 08:49

Moskvadan Simferopola gedən sərnişin qatarının lokomotivinə Ukrayna dronunun hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bunu Rusiyanın işğalı altında olan Ukraynanın Krım bölgəsinin "rəhbəri" Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, qatarın sərnişinləri xəsarət almayıb və onların avtobusla daşınması məsələsi müzakirə olunur.

"Moskvadan Simferopola gedən sərnişin qatarına düşmənin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində ilkin məlumatlara görə, sürücü yaralanıb, köməkçi maşinist ölüb, sərnişinlər isə xəsarət almayıb. Mərhumun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Yaralılara güc və şəfa diləyirəm. Sərnişinlərin avtobusla daşınması məsələsi hazırda həll olunur. Krım Respublikasının hakimiyyəti bütün lazımi yardım və dəstəyi göstərəcək", - deyə o, "Telegram" kanalında yazıb.

T.İSMAYIL


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi