Ermənistan hazırda AİB-dən çıxmağı düşünmür - Mher Qriqoryan
Məsələ aktuallaşdıqda Ermənistan Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi arasında seçim etməyi nəzərdən keçirəcək.
Xəbər verilir ki, bunu jurnalist Pavel Zarubinlə müsahibəsində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib .
O qeyd edib ki, Ermənistan hazırda AİB-dən çıxmağı düşünmür.
"Məsələ aktuallaşdıqda, konkret detallarımız olacaq və lazım gələrsə, stress testləri aparacağıq. Hazırda biz sadəcə belə bir ssenarini nəzərdən keçirmirik. Biz Avrasiya İqtisadi Birliyi ilə əlaqələri kəsməyi düşünmürük", - Qriqoryan deyib.
Qriqoryan həmçinin bildirib ki, Rusiyaya mal idxalı ilə bağlı problemlər texniki xarakter daşıyır və hazırda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ilə bağlı nəticə çıxarmaq mənasızdır.
"Buna görə də, ticarət dövriyyəsinin hər hansı bir təhlilini aparmağın mənası yoxdur və ümid edirəm ki, hazırda Rusiyaya malların daşınması ilə bağlı yaranan problemlər texniki xarakter daşıyacaq və tezliklə aradan qalxacaq", - deyə Ermənistan Baş nazirinin müavini bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin zənginləşdirilməsi planları ilə bağlı fikirlərini bölüşdüyünü qeyd edib.
Elvin