azia.az
azia.az

Birləşmiş Ərəb Əmirlikləri BUNA GÖRƏ ABŞ-a hərbi yardım göstərməyə hazırlaşır-TƏCİLİ

1-04-2026, 09:33

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını gəmiçiliyə açmaq üçün ABŞ-a hərbi yardım göstərməyə hazırlaşır.

Musavat.com The Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, Əbu-Dabi BMT Təhlükəsizlik Şurasının belə bir addımı təsdiqləyən qətnaməsi üçün lobbiçilik edir.

Bundan əlavə, BƏƏ diplomatları Avropa və Asiya ölkələrini Hörmüz boğazından naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaratmağa çağırırlar.

Adı çəkilməyən BƏƏ rəsmisi bildirib ki, ölkə Əbu-Dabinin münaqişədə necə iştirak edəcəyini fəal şəkildə araşdırır.

Nəşrin yazdığına görə, BƏƏ-nin belə bir addımı Yaxın Şərqdə mövcud münaqişədən sonra da davam edəcək gərginlik yaradacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi