İran Pakistan gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İranın Pakistan bayrağı altında üzən daha 20 gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini və hər gün 2 gəminin boğazdan keçəcəyini açıqlayıb.
Xəbər verilir ki, nazir bu barədə sosial media hesabı vasitəsilə məlumat paylaşıb.
Məhəmməd İshaq Dar açıqlamasında "İran hökumətinin Pakistan bayraqlı gəmilərin keçidini qəbul etdiyini bildirməkdən məmnunluq duyuram" ifadəsini işlədib. Bu addımı müsbət qarşıladıqlarını və bunun İran tərəfindən atılmış konstruktiv jest olduğunu vurğulayan Dar, bu qərarın regionda sülh və sabitliyin təmin olunmasına kömək edəcəyini qeyd edib.
O, həmçinin dialoq, diplomatiya və bu cür etimad quruculuğu tədbirlərinin gələcəyə doğru yeganə yol olduğunu bildirib. Pakistan XİN rəhbəri paylaşımında ABŞ vitse-prezidenti Cey Di Vens, xarici işlər naziri Marko Rubio və İranın xarici işlər naziri Abbas Ərakçini də işarələyib.