500 nəfər casusluqda şübhəli bilinərək SAXLANILIB
Ajans.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının polis rəisi Rza Radan məlumat verib.
"500 casus düşmənə və anti-İran mediaya məlumat ötürürdü. Bu 500 nəfərdən 250-si əhəmiyyətli şəxslər olub, onlar hədəflərə zərbə endirmək üçün informasiya təmin edirdi, qruplaşmalarla əlaqə saxlayır və ictimai nizamı pozmağa çalışırdılar", - Radan bildirib.