azia.az
azia.az

ABŞ İrana qarşı sanksiylarda olan tankerləri saxladı

26-02-2026, 08:59

ABŞ Hərbi Dəniz Qüvvələri Kuk Adaları bayrağı altında üzən və İrana qarşı tədbirlər çərçivəsində sanksiya siyahısına daxil edilmiş "Bertha" neft tankerini saxlayıb.

Bu barədə ABŞ Müharibə Nazirliyinin "X" sosial şəbəkəsində dərc olunmuş məlumatda deyilir.

"Bu gecə Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri ABŞ-ın Hind və Sakit okeanları zonasındakı Birləşmiş Komandanlığının məsuliyyət sahəsində "Bertha" gəmisinin saxlanılması əməliyyatını heç bir insident baş vermədən həyata keçirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, gəmi ABŞ Prezidenti Donald Trampın Karib regionunda sanksiya altında olan gəmilər üçün müəyyən etdiyi karantini pozaraq fəaliyyət göstərib və qaçmağa çalışıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi