azia.az
azia.az

ABŞ prezidenti: "Avropa ölkələrini sevirəm, lakin onlar yanlış istiqamətdə hərəkət edirlər"

21-01-2026, 22:00

"Avropa ölkələrini sevirəm, lakin onlar yanlış istiqamətdə hərəkət edirlər".

Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O iddia edib ki, Avropanın bəzi yerləri artıq tanınmaz hala düşüb və bu, çox mənfi mənadadır.


Tramp həmçinin vurğulayıb ki, ABŞ Avropanı həqiqətən də güclü müttəfiq kimi görmək istəyir:

"Avropa ilə bizi birləşdirən əlaqələrə inanırıq. Mən onun çiçəklənməsini görmək istəyirəm. Məhz buna görə də enerji, ticarət, miqrasiya və iqtisadi artım kimi məsələlər güclü və vahid Qərbi görmək istəyən hər kəsin diqqət mərkəzində olmalıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi