Prezident SABİQ DÖVLƏT BAŞÇISINI bütün dövlət mükafatlarından məhrum ETDİ
Qırğızıstan Prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.![]()
Xəbər verilir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda bildirilib.
Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.