azia.az
azia.az

Rus neftinin bu yolla daşınması qadağan edilə bilər

Bu gün, 00:00

Avropa Birliyi və G7 ölkələri Rusiya neftinə tətbiq olunan qiymət limitini dəniz nəqliyyatı xidmətlərinə tam qadağa qoyulması ilə əvəz etməyi düşünür.


Bakupost.az xəbər verir ki, bu barədə “Röyters” altı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, belə bir qadağa AB-nin 2026-cı ilin əvvəlində qəbul edilməsi planlaşdırılan növbəti sanksiyalar paketi və G7-nin müvafiq tədbirləri çərçivəsində elan edilə bilər.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ və Böyük Britaniya nümayəndələri bu ideyanı G7-nin texniki görüşlərində fəal şəkildə təbliğ edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi