azia.az
azia.az

Ukrayna dronları “Xəzər Neft Kəməri Konsorsiumu”na hücum ETDİ-TERMİNALIN İŞİ İFLİC OLDU

29-11-2025, 13:48

Novorossiyskdə yerləşən “Xəzər Neft Kəməri Konsorsiumu”nun VPU-2 – uzaqdan idarə olunan terminal qurğusuna Ukrayna dəniz dronlarının hücumu nəticəsində ciddi ziyan dəyib.

Bakupost.az xəbər verir ki, şirkət insidenti məqsədyönlü terror aktı adlandırıb. Hücum bu gün səhərə yaxın (Bakı vaxtilə saat 05:06) baş verib.

Hücum zamanı bütün yükləmə əməliyyatları dayandırılıb, tanker gəmilər akvatoriyadan çıxarılıb.

“Partlayış zamanı təcili müdafiə sistemi boru kəmərlərini bağlayıb. İlkin məlumatlara görə, neft Xəzər dənizinə sızmayıb. VPU-2 qurğusunun fəaliyyətinə davam etmək mümkün deyil”, – deyə konsorsiumun bəyanatında qeyd olunur.

Cavid, BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi