azia.az
azia.az

MN Türkiyə hərbçilərinin Ukraynaya göndəriləcəyi iddialarına münasibət bildirdi

Bu gün, 15:45

Milli Müdafiə Nazirliyi atəşkəs əldə olunduqdan sonra Türkiyə hərbçilərinin Ukraynada sülhməramlı kimi fəaliyyət göstərəcəyi iddialarına münasibət bildirib.

E-huquq.az xəbər verir ki, nazirlik Türkiyə ordusunun sülh və sabitliyə töhfə verməyə hazır olduğunu açıqlayıb.

“Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə Silahlı Qüvvələri yada düşür, çünki onun imkanları, təsir gücü və nüfuzu yüksəkdir.

Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması vacibdir. Daha sonra missiyanın və vəzifələrin dəqiq müəyyən edilməsi və hansı ölkənin nə dərəcədə kömək edəcəyinin müəyyənləşdirilməsi lazımdır.

Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizlik və sabitlik yaradacaq hər bir layihəyə töhfə verməyə hazırdır”, - nazirliyin açıqlamasında qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi