Rusiya Gənclər İttifaqının keçmiş sədri Pavel Krasnorutski mənimsəmə işi üzrə həbs edilib.
Xəbər verilir ki, 46 yaşlı Krasnorutski noyabrın 12-də saxlanılıb və noyabrın 15-də Moskvanın Tverskoy Məhkəməsi onu istintaq təcridxanasına göndərib.
Krasnorutski mənimsəmədə ittiham olunur; məhkəmə işin heç bir təfərrüatını açıqlamayıb və həbs qərarını dərc etməkdən imtina edib.APA

