azia.az
azia.az

Deputat hərbi xidmətdən YAYINIB

Bu gün, 12:10

Ukraynada bir şəhər şurasının deputatı hərbi xidmətdən möhlət almaq məqsədilə əlil qadınla saxta nikah bağlayıb.

Ajans.az xəbər verir ki,bu barədə Ukrayna Baş Prokurorluğu özünün rəsmi Telegram kanalında məlumat yayıb.

Prokurorluğun açıqlamasında deyilir:

“Hərbi xidmətdən möhlət almaq üçün deputat əlil qadını ‘alıb’. Sağlamlıq vəziyyətinə görə, qadın öz hərəkətlərinin əhəmiyyətini dərk etməyib.”

Məlumata görə, ötən ilin sonunda deputat iki bacının yaşadığı ailə barədə xəbər tutub. Onlardan 18 yaşlı kiçik bacı II qrup əlil olub. Deputat ailənin ağır maddi durumundan istifadə edərək tanışı vasitəsilə qadının onunla formal nikaha girməsini təşkil edib. Əvəzində o, qadının böyük bacısına aylıq 3000 qrivna (təxminən 5790 rubl) ödəyib.

Nikah bağlandıqdan sonra deputat arvadının nikah şəhadətnaməsi və tibbi sənədlərini müvafiq orqanlara təqdim edərək hərbi xidmətdən möhlət əldə edib. Lakin hüquq-mühafizə orqanları bu sxemi aşkar edərək deputata qarşı hərbi xidmətdən yayınma və insan alveri maddələri üzrə cinayət işi açıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Ali Radası hərbi xidmətdən yayınma hallarının geniş vüsət aldığını, bu istiqamətdə formalaşan “kölgə bazarının” dəyərinin təxminən 2 milyard avro olduğunu bildirmişdi.

 https://t.me/Ajansaz_official


Leyla Bayandurlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi