Suriya kürdlərlə atəşkəsə razılaşıb
Ajans.az xəbər verir ki,görüş zamanı Suriyanın şimal və şimal-şərqində bütün cəbhə xətti boyunca hərtərəfli atəşkəs haqqında razılıq əldə olunub.
Müdafiə naziri Əbu Kasra sosial şəbəkədə yazıb: “Mən indicə Dəməşqdə SDQ komandiri Mazlum Abdi ilə görüşdüm. Biz bütün təmas xəttləri və qüvvələrin yerləşdirildiyi bütün nöqtələrdə hərtərəfli atəşkəs barədə razılığa gəldik. Tərəflər hərbi əməliyyatları dərhal dayandıracaq”.
Qeyd edək ki, ötən gün Suriyada rəsmi ordu ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşmalar baş vermişdi. Hər iki tərəf mart ayında əldə olunmuş razılaşmaların pozulmasında, top atəşlərinə və təxribatlara yol verilməsində bir-birini ittiham edir.
Atəşkəs razılaşması bölgədə gərginliyin azalması üçün mühüm addım kimi qiymətləndirilir.