Avropanın qaz anbarları cəmi 82,7% doludur
Avropanın yeraltı qaz anbarları cəmi 82,7% doludur. Şiddətli şaxtalar istehlakçıların qaz təchizatına təhlükə yarada bilər.
Xəbər verilir ki bu barədə Qazprom Teleqram kanalında bildirib.
Qeyd olunur ki, oktyabrın 4-də Avropanın yeraltı anbarlarında aktiv qazın həcmi 83,8 milyard kubmetr təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 12,8% azdır.
“Avropanın yeraltı qaz anbarları cəmi 82,7% doludur və hədəfin 90%-ə çatması qeyri-real məqsədə çevrilir. Avropanın qışa hazırlıq problemi getdikcə pisləşməkdə davam edir. Şiddətli və ya uzun sürən şaxtalar zamanı yeraltı qaz anbarlarında qazın kifayət qədər olmaması istehlakçıların ictimai qaz təminatını təhlükə altına qoya bilər”,- deyə Qazpromun məlumatına yazılıb.
Yeganə