Rusiyadan Azərbaycana HÜCUM hədəsi: Raketlər Bakıya uçacaq – CANLI
Ukrayna paytaxtı son günlər Rusiyanın kütləvi hava hücumlarının hədəfinə çevrildikdən sonra Kiyev NATO–Ukrayna Şurasının fövqəladə iclasının çağırılmasına nail olub.
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlamasında Brüsseldə sentyabrın 1-də keçiriləcək toplantının Kiyevin təşəbbüsü ilə baş tutacağını bildirib. Onun sözlərinə görə, məqsəd Rusiyanın sülh təşəbbüslərindən imtinası və mülki əhalini hədəfə alan terrorunu müzakirə etməkdir:
“Biz Rusiyanın davamlı eskalasiyasına adekvat cavab verilməsi üçün ortaq addımlar barədə məqsədyönlü müzakirə gözləyirik”.
Sibiqa əlavə edib ki, Moskva müharibəni uzatmaqla daha sərt təzyiq hiss etməlidir.
Xatırladaq ki, avqustun 30-na keçən gecə Rusiya ordusu Ukraynaya 537 pilotsuz uçuş aparatı və 45 raket buraxıb. Kiyevdə həyata keçirilən hücumlarda 25 dinc sakin həlak olub, onların arasında dörd uşaq da var 3 il yarımdır Ukrayna bataqlığından çıxa bilməyən Rusiya indi də əlinin altında saxladığı media resursları ilə Azərbaycanı “hərbi əməliyyat”la hədələyir.
Rusiya hakimiyyətinə yaxınlığı ilə seçilən “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Azərbaycana qarşı xüsusi hərbi əməliyyat barədə “müzakirələr getdiyi” iddiasını yayıb.
“Azərbaycanda xüsusi hərbi əməliyyat bəlkə də bir az da yaxınlaşıb. Amma bu o demək deyil ki, mütləq baş verəcək. Hazırda müzakirələr gedir”, - kanal Kremldəki mənbələrə istinadla bildirib.
Kanal hətta Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla hərbi əməliyyatın detallarını da açıqlayıb.
“Uzaqmənzilli silahlarımızdan istifadə edəcəyimiz aydındır. Xüsusilə raketlər və PUA-lar mütləq Bakıya doğru uçacaq. Ordumuz düşmən dövlətinin ərazisinin bir neçə rayonunu da nəzarətə götürə bilər. Hansı rayonlar olduğu sirrdir. Amma Azərbaycan qoşunlarının uzun müddət müqavimət göstərə biləcəyini düşünmürəm”, - “mənbə” deyib.
O qeyd edib ki, Azərbaycanda “xüsusi hərbi əməliyyatla qərar hələlik verilməyib”.
Xatırladaq ki, bu, Kremlin Azərbaycanın 25 dekabr 2024-cü ildə Qroznı səımasında AZAL mülki təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşımalı olduğu barədə haqlı tələblərinə qarşı aylardır davam edən informasiya təsiri cəhdinin növbəti dalğasıdır.