F-35-lə bağlı danışıqlar başlayıb... - Ərdoğan
Türkiyə beşinci nəsil F-35 qırıcı proqramına qayıtması ilə bağlı tərəfdaşları ilə danışıqlar aparır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə edib.
“Texniki səviyyədə danışıqlar başlayıb. Ümid edirəm ki, irəliləyiş əldə edə bilərik”. konkret.az