Daha üç ölkə İrana hücum edəcək-ŞOK AÇIQLAMA
Növbəti bir-iki gün ərzində ABŞ-Böyük Britaniya-Fransa birgə İrana zərbə endirilməsi istisna edilmir.
Bunu Rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, son nəticədə mövcud rejimin devrilməsi, İİKK-nın ləğvi və İran siyasi sisteminin yenidən formatlaşdırılması ssenarisinin həyata keçirilməsi üçün bu edilə bilər, lakin son qərarı Tramp verəcək.