azia.az
azia.az

Trampdan xəbərdarlıq ETDİ-AMERİKALILAR

6-04-2025, 14:20

ABŞ Prezidenti Donald Tramp ölkəni çətin günlərin gözlədiyini bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: "Bu, iqtisadi inqilabdır və biz qalib gələcəyik, möhkəm dayanacağıq, asan olmayacaq, amma son nəticə tarixi olacaq".

O əlavə edib ki, Pekin baş verənlərdən Vaşinqtondan "daha çox" əziyyət çəkib.

Aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. ABŞ administrasiyasına cavab olaraq Çin aprelin 10-dan bütün ABŞ idxalına 34% əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi