Lavrov Türkiyəyə gedib - VİDEO
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Türkiyəyə rəsmi səfərə gəlib.
Musavat.com xəbər verir ki, onun Ankarada yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.
Səfər çərçivəsində regional və beynəlxalq məsələlər, Rusiya-Türkiyə münasibətləri, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Tərəflərin xüsusilə Ukrayna münaqişəsi, Qara dəniz bölgəsindəki vəziyyət və Suriya ilə bağlı məsələləri gündəmə gətirəcəyi bildirilir.
Lavrovun səfəri Türkiyə-Rusiya əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından böyük əhəmiyyət daşıyır.
Musavat.com