azia.az
azia.az

Eyni anda 7 icra başçısı vəzifəsindən azad edildi

Bu gün, 01:19

 Qırğızıstan Prezidenti Sadır Japarov 7 rayonun icra başçısını eyni anda vəzifəsindən azad edib.

Azia.az bloqu Unikal-a istinadla xəbər verir ki, işdən çıxarılanlar Uçkunbek Jorobayev (Batken rayonu), Mirlan Karaqulov (Bazar-Korqon rayonu), Seitek Kulubayev (Aravan rayonu), Jakipbek Subagojoyev (Nookat rayonu), Munarbek Nasirov (Ak-Suu rayonu), Nurqazi Narmırzayev (Talass rayonu), Domambek Jeenbekovdur (Manass rayonu).

Qeyd edək ki, Sadır Japarova düzgün fəaliyyət göstərmədiyinə görə yeddi icra başçısının (akim) vəzifədən uzaqlaşdırılmasını Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasıməliyev təklif edib./news24.az  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi