azia.az
azia.az

ABŞ Ali Məhkəməsi Trampın hökmünün ertələnməsindən imtina edib-TƏCİLİ

Bu gün, 07:38

ABŞ Ali Məhkəməsi cümə axşamı keçmiş ABŞ Prezidenti Donald Trampın, pornoaktrisa Stormi Danielsə ödənişlər zamanı “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə 10 yanvara təyin edilmiş hökmün təxirə salınması xahişini rədd edib.

“Report” xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilib.

Daha əvvəl Nyu-York ştatının Apellyasiya Məhkəməsi – ştatda məhkəmə qərarlarından apellyasiya şikayəti üçün ən yüksək instansiya – keçmiş Amerika liderinin hüquqşünaslar komandasının hökmün təxirə salınması ilə bağlı vəsatətini rədd edib.

2024-cü ilin may ayının sonunda Tramp maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə bütün 34 ittiham bəndi üzrə təqsirli bilinib. O, andlı iclasçılar tərəfindən cinayətdə təqsirli bilinən ABŞ tarixində ilk keçmiş prezident olub.

Ötən ilin noyabrında Nyu-York məhkəməsi ölkədəki seçkilərlə əlaqədar bu iş üzrə hökmün ertələnməsinə razılıq vermişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi