azia.az
azia.az

Əfqanıstan və Pakistan arasında şiddətli döyüşlər gedir

28-12-2024, 22:12

“Əfqan əsgərləri Əfqanıstan ordusuna qarşı hava hücumuna cavab olaraq Pakistanın bir neçə bölgəsinə hücum edib”.


Bakupost.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, əfqan hərbçiləri “düşmən qüvvələrin və onların havadarlarının mərkəz və sığınacaqlarına” hücum ediblər. Zərbələrin Pakistanla sərhəddən kənarda da həyata keçirildiyi vurğulanır.

“Tasnim” agentliyi Əfqanıstanın Xost və Paktiya əyalətlərinin sərhəd bölgələrində dekabrın 27-dən bəri Taliban tərəfdarları ilə Pakistan hərbçiləri arasında döyüşlərin getdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi