azia.az
azia.az

Melaniya Tramp Cil Baydenlə görüşdən imtina etdi

13-11-2024, 09:37

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya hazırkı dövlət başçısı Co Bayden və birinci xanım Cil Baydenlə Ağ Evdə keçirilən ənənəvi görüşə getməkdən imtina edib. 

"Ölkə.az" xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, Trampın həyat yoldaşının imtinası onun bu yaxınlarda işıq üzü görən memuarının təqdimatı ilə bağlı toqquşma səbəbindən ola bilər. Eyni zamanda, başqa bir mənbə Ağ Evə səfərlə bağlı yekun qərarın hələ verilmədiyini qeyd edib.

Cil Bayden keçən həftə Tramp ailəsini Oval Ofisə dəvət edib. Görüş noyabrın 13-nə təyin edilib. CNN qeyd edib ki, belə bir simvolik jest ABŞ-da hakimiyyətin sülh yolu ilə ötürüləcəyini göstərməlidir.

Noyabrın 10-da Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib ki, görüş zamanı Bayden Trampla daxili və xarici siyasətin əsas məsələlərini müzakirə edəcək. Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri öz xələfinə mövcud vəziyyəti necə gördüyünü izah etmək və vəzifəyə gəldikdən sonra mövcud problemləri necə həll etmək niyyətində olduğunu öyrənmək imkanı əldə edəcək.(Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi