azia.az
azia.az

Baş nazirin arvadının qardaşı bacısının Tanzaniyaya kimin hesabına getdiyini bilmir-ERMƏNİLƏR ŞOKDA...

13-11-2024, 08:54

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qardaşı bacısının Tanzaniyaya kimin hesabına getdiyini bilmir.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

“Annanın kiminlə və kimin hesabına Tanzaniyaya getdiyini bilmirəm, əgər bilirsinizsə, onda maraqların toqquşması olub-olmadığını da özünüz biləcəksiniz”,-deyə Anna Akopyanın qardaşı, hakim “Mülki Müqavilə” Partiyasının deputatı Hraçya Akopyan noyabrın 12-də jurnalistlərlə söhbətində bacısının rusiyalı iş adamı İqor Kostanovun arvadı və qızı ilə Tanzaniya turuna getməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Deputat əmin edib ki, o, bacısının noyabrın 9-da, yəni kapitulyasiya haqqında bəyannamənin imzalanmasının ildönümündə məzuniyyətdən fotolar yaydığını görməyib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il onun üçün çox ağrılı olub. “Həmin gün İrəvanda idim, amma bu il burada olmamışam. Hakimiyyət nümayəndələri müxtəlif günlərdə Yerablurda olur və həlak olanların hamısının xatirəsini ehtiramla yad edirlər”, - deyə deputat əlavə edib.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi