BU DÖVLƏTDƏ 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər
Norveç hökuməti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun layihəsi hazırlayır.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe VG-yə müsahibəsində deyib.
Hazırda ölkədə yaş məhdudiyyəti mövcuddur. Belə ki, sosial şəbəkələrdən istifadəyə 13 yaşdan icazə verilir. Bununla belə, Norveç Media Təşkilatının araşdırmasına görə, 9-11 yaşlı uşaqların yarısından çoxu hələ də bu platformalardan fəal şəkildə istifadə edir.
Baş nazir vurğulayıb ki, dövlət uşaqları alqoritmlərin gücünün təsirindən qorumaq üçün müdaxilə etməyə borcludur.
"Uşaqları sosial mediadakı zərərli məzmundan qorumaq lazımdır. Böyük texnologiya nəhəngləri kiçik uşaqların beyninə qarşı çıxır. Bunun çətin bir döyüş olduğunu bilirik", - o, əlavə edib.