azia.az
azia.az

“İş vədi ilə Rusiyaya dəvət olunan hindistanlılar cəbhəyə göndərilir” - Hind deputat şok faktlar açıqladı

29-08-2024, 15:23

“90-dan çox hindistanlı Rusiya tərəfindən aldadılaraq Ukrayna ilə müharibəyə cəlb olunub”.

Bunu Hindistan parlamentinin üzvü Vikramjit Singh Sahneib “Dozhd” telekanalına deyib.


O, əlavə edib ki, müharibəyə cəlb olunan 8 hindistanlı ölüb.

Parlament üzvünün sözlərinə görə, Hindistan vətəndaşlarının əksəriyyəti işlə təmin olunmaq adı ilə Rusiyaya dəvət olunur, daha sonra tərcüməçi olmadan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilir. Aldadılan hindistanlılar isə müharibəyə cəlb olunduqlarını yalnız cəbhəyə yollandıqları zaman başa düşürlər.

“Dozhd” telekanalı Ukraynada öldürülən hindistanlılardan birinin – Ravi Munun valideynləri ilə əlaqə saxlayıb.

Hindistanlının valideyni deyib ki, oğluna Rusiya nəqliyyat şirkətlərinin birində işləyəcəyi sözü verilib, lakin o Rusiyaya gələndə cəbhə bölgəsinə göndərilib.

Kanal xatırladıb ki, Hindistanın Baş naziri Narendra Modi iyul ayında Vladimir Putinlə görüşü zamanı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış hindlilərin ordudan tərxis olunması məsələsini qaldırmışdı.

Aygün Mirakif,

konkret.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi