Almaniya ilə Rusiya arasında ticarət minimuma düşüb
İyunun sonunda Rusiyadan Almaniyaya malların tədarükü illik ifadədə 44,8% azalaraq 0,2 milyard avro təşkil edib.
Valyuta.az xəbər verir ki, dövr ərzində Almaniyadan Rusiya Federasiyasına ixrac illik müqayisədə 22,2% azalaraq 0,6 milyard avro təşkil edib.
Ümumilikdə, iyun ayında Almaniya satışa 127,7 milyard avro dəyərində mal göndərib ki, bu da ötən illə müqayisədə 4,4% azdır. İdxalın həcmi illik müqayisədə 6,4% azalaraq 107,3 milyard avro təşkil edib.
Paşa Məmmədli