azia.az
azia.az

Ukrayna Rusiyanın 11 kəndini tutdu, Putin Təhlükəsizlik Şurasını təcili çağırdı

7-08-2024, 21:46

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının planlaşdırılmamış iclasını keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Brief” Teleqram kanalı vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb https://t.me/rusbrief/256949 .
Təhlükəsizlik Şurasının üzvləri ilə adətən cümə günləri baş tutan görüş bu dəfə iki gün əvvəl Ukrayna ordusunun Kursk vilayəti ərazisinə soxulmasından sonra baş tutacaq. 

"Brief”in məlumatına görə, Təhlükəsizlik Şurasının daimi üzvləri (bütün hüquq-mühafizə orqanlarının rəhbərləri, parlamentin hər iki palatasının rəhbərləri, həmçinin xarici işlər naziri Sergey Lavrov, keçmiş prezident Dmitri Medvedev və katib Sergey Şoyqu) ilə görüşdən əvvəl Putin hökumət üzvləri ilə görüş keçirəcək. 

Rusiya Teleqram kanallarının məlumatına görə, dünən Rusiyanın Kursk vilayətinin ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələri (USQ) bölgənin 15 kilometr dərinliyinə qədər irəliləyib və 11 yaşayış məntəqəsini ələ keçirib. 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, "Rıbar” Teleqram kanalının müəllifi Mixail Zvinçuk yazır ki, avqustun 7-də gecə saat 1-ə olan məlumata görə, Nikolayevo-Daryino, Daryino və Sverdlikovo Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olub. 

"İki Mayor” Telegram kanalı yazır ki, Ukrayna qoşunları 11 yaşayış məntəqəsində olub: Lyubimovka, Obuxovka, Pokrovskoye, Zelyonıy Şlyax, Tolstiy Luq, Nijniy Klin, Nikolayevo-Daryino, Daryino, Sverdlikovo və Lebedevka.

"Rıbar”ın sözlərinə görə, Kursk vilayətinin ələ keçirilmiş ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər döyüşçüsü var. Zvinçuk qeyd edir ki, hazırda döyüşlər Qonçarovkada, eləcə də "Rusiya hərbçilərinin tam mühasirəyə düşdüyÜ Oleşnya kəndində gedir. Onun hesablamalarına görə, cəbhənin eni təxminən 10 kilometrdir.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ehtiyatları Kursk vilayətinə köçürməkdə davam edir: Ukrayna qoşunlarının böyük konsentrasiyası Yunakovkada qeydə alınıb, oradan da Sverdlikovo və Qonçarovkaya göndərilir. Onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri sərhəddə 2000-ə qədər döyüşçü cəmləyib. Zvinçuk ehtimal edir ki, bu bölgədəki hücum "ən azı bir neçə gün” davam edəcək və Ukrayna hərbçiləri nəzarət zonasını genişləndirməyə çalışacaqlar.

Nizami Bağırov



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi