azia.az
azia.az

Dünya əhalisinin sayı sürətlə artır - 2080-ci ildə 10 milyard olacaq

22-07-2024, 13:30

Birləşmiş Millətlər Təşkilatının açıqladığı yeni hesabata görə, dünya əhalisi bu şəkildə artarsa, 2080-ci ildə 10 milyardı keçəcək.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ölkələrdə dünya əhalisinin azalması narahatlıq doğursa da, yeni hesabata görə, bu artım 2080-ci illərdə artaraq 10,3 milyard insana çatacaq.

Qeyd olunur ki, Çində doğuş səviyyəsinin düşməsi yeni təxminlər yaradıb. Belə ki, bu ölkədə əhalinin sayının 2024-cü ildə 1,4 milyard, 2100-cü ildə isə 633 milyon olacağı ehtimal edilir. Burada 1990-cı illərlə müqayisədə daha az uşaq doğulur.

Çin, İtaliya, Cənubi Koreya və İspaniya kimi ölkələrdə doğulan uşaqların sayı 1,4-dən az olmaqla, dünyada ən aşağı doğuş göstəricisi kimi qeydə alınıb. Qeyd olunur ki, adı çəkilən ölkələr yalnız miqrant qəbul etməklə öz əhalisini artıra bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi