azia.az
azia.az

"Çin Rusiyaya silah tədarük edir?" - Aİ rəsmisi AÇIQLADI

5-06-2024, 09:05

“Avropa İttifaqının Çindən Rusiyaya silah tədarük edildiyinə dair sübutları yoxdur”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu blokun xarici siyasət rəhbəri Cosep Borrell Sinqapurda keçirilən forumda deyib.

 

Bununla belə, Borrell ABŞ, Avropa və Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrində istehsal olunan komponentlərin Rusiya hərbi texnikasının istehsalında istifadə oluna biləcəyini iddia edib. 

 

Xatırladaq ki, Pekin daha əvvəl Vaşinqtonun Ukrayna münaqişəsini alovlandırmaqda günahı başqasına atmasının hazırkı böhranı həll etməyəcəyini bildirib. 

 

Rəsmi Pekinin sözçüsü Vanq Venbin Çinin Rusiyaya silah tədarük etməsi ilə bağlı ittihamları təkzib edib:

 

"Çin hərbi məhsulların ixracına həmişə ehtiyatlı və məsuliyyətli şəkildə yanaşıb və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi