azia.az
azia.az

Moskvada konsert zalında dəhşət: 99 ölü, 130-dan çox yaralı

23-03-2024, 11:40

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

--------

08:28

"Crocus" konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.


APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.


Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

--------

07:58

Moskvadakı terror aktında həlak olanlardan birinin azərbaycanlı olduğu ehtimal edilir.


Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytında "Krokus Siti Holl"a edilən terror hücumunda həyatını itirənlərin adları açıqlanıb.


Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.| Axar.az

--------

Moskvada "Crocus City Hall" konsert zalında terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi təsdiqlənmir.


İŞİD-in teleqram kanalında və digər rəsmi səhifələrində qruplaşmanın terror aktını öz üzərinə götürməsi barədə heç bir bəyanat və açıqlama yoxdur.| APA 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi