azia.az
azia.az

Moskvada fövqəladə həyəcan: İctimai yerlərə təhlükəsizlik qüvvələri yeridilir

23-03-2024, 09:06

“Crocus City Hall”da baş verən hadisədən sonra Rusiya paytaxtında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müşahidə olunur. Moskvada olan soydaşlarımızın verdiyi məlumata görə, metrostansiyaları, restoranlar, əyləncə mərkəzləri də daxil olmaqla, ictimai yerlərə təhıükəsizlik qüvvələri yerləşdirilir.


Rusiya Hava Nəqliyyatı Agentliyindən TASS-a verilən məlumata görə, Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib:


"Vnukovo Beynəlxalq Aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusilə, giriş qruplarına və hava limanının perimetrinə nəzarət gücləndirilib. Vnukovo hava limanının aviasiya təhlükəsizliyi xidməti hüquq-mühafizə orqanları ilə birlikdə gücləndirilmiş iş rejimində həyata keçirir. Hava limanının aerovağzal kompleksinə giriş-çıxışda, eləcə də gücləndirilmiş nəzarət altında Vnukovo hava limanına bitişik yoxlama tədbirləri həyata keçirilir”.

Rusiya Dəmir Yolları da açıqlama yayaraq bütün strukturlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi